Rövşən Rzayev BMT rəsmisi ilə görüşüb
Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.
Alessandro Frakasetti səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMTİP-in Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə böyük əhəmiyyət verildiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səyini əsirgəməyəcəyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azvision.az