Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

Kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir
  14 İyun 2019    Oxunub:2169
Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Dəyişiklik layihəsində həmçinin, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Vergi   Məcəllə   MM  





Xəbər lenti