Azərbaycanda 38 dərəcə isti olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə iyunun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azvision.az