“Heydər Əliyev xalqı böyük fəlakətdən qurtarıb” - Spiker
O. Əsədov xatırladıb ki, o dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı: “Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı, dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndü. Ulu öndər Azərbaycana hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyunun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Hər kəsi təbrik edirəm, Azərbaycan xalqına inkişaf arzu edirəm”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Oqtay-Əsədov