Sahibkarlar ABŞ şirkətləri ilə işgüzar görüşə dəvət alıb

Sahibkarlar ABŞ şirkətləri ilə işgüzar görüşə dəvət alıb
  26 Noyabr 2013    Oxunub:1284
Azərbaycanlı sahibkarlar Türkiyədə ABŞ şirkətləri ilə işgüzar görüşlərə dəvət olunurlar.
ABŞ Türkiyə ilə iqtisadi əməkdaşlığın yaxşı təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycanda da tətbiq etmək istərdi.
ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda bu haqda danışarkən deyibdir ki, Türkiyədə Amerika kapitallı 1300-ə yaxın şirkət fəaliyyət göstərir. Onların fəaliyyəti həm enerji, həm də iqtisadiyyatın qeyri-neft sektorunu və bir çox digər sahələri əhatə edir. İki ölkə arasında əmtəə dövriyyəsi 2011-ci və 2012-ci illərdə rekord həddə çatmışdır. ABŞ Türkiyənin timsalında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Müşavir deyib: “Biz Azərbaycandan olan şirkət və sahibkarları 2014-cü ilin mayında Türkiyəyə dəvət edirik. Onlar ABŞ-ın burada fəaliyyət göstərən 15-20 şirkətinin nümayəndələri ilə görüşəcək, əlaqələr quracaq və əməkdaşlığın perspektivlərini müzakirə edə biləcəklər”.


Teqlər:





Xəbər lenti