"Fənərbaxça"dan inamlı qələbə

"Fənərbaxça"dan inamlı qələbə
  11 Mart 2013    Oxunub:2099
Türkiyə Superliqasında 25-ci turun növbəti oyunları keçirilib.
Üçüncü oyun günündə dörd qarşılaşma baş tutub. "Karabükspor" - "Eskişehirspor" matçında hesab açılmayıb. "Orduspor"u qəbu edən "Elazığspor" 1:0 hesabı ilə qalib gəlib. "Sivaspor"un qonağıl olan "Antalyaspor" isə 1:2 hesabı ilə məğlub olub. Günün ən maraqlı qarşılaşması "Fənərbaxça" ilə "Bursaspor" arasında olub. Belə ki, matçın ikinci dəqiqəsində hesabda geri düşən "Fənərbaxça" görüşün 12-ci dəqiqəsində hesabı bərabərləşdirib. İkinci hissədə isə daha üç qol vuraraq 4:1 hesabı ilə qalib gəlib.

Tura sabah "Mersin İdmanyurdu" - "Kasımpaşa" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 47 xalla "Qalatasaray" başçılıq edir.

10 mart

"Karabükspor" - "Eskişehirspor" - 0:0

"Elazığspor" - "Orduspor" - 1:0
Qol: Sane, 61 (1:0)

"Sivasspor" - "Antalyaspor" - 2:1
Qollar: Raynoç, 13 (1:0), Diarra, 28 (1:1), Erman, 61 (2:1)

"Fənərbaxça" - "Bursaspor" - 4:1
Qollar: Şeştak, 2 (0:1), Emre, 12 (1:1), R.Meyreleş, 50 (2:1), D.Kuyt, 75 (3:1), M.Sou, 88 (4:1)




Teqlər:





Xəbər lenti