Güləşçilərimiz ikinci Avropa Oyunlarına hazırlaşır

Güləşçilərimiz ikinci Avropa Oyunlarına hazırlaşır
  15 May 2019    Oxunub:1922
Sərbəst güləş üzrə yığmamız mayın 15-də növbəti təlim-məşq toplanışına başlayıb.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesi mayın 30-dək davam edəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında toplanışda Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev, Toğrul Əsgərov (hər ikisi 74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Seyid Məhəmmədrza Azərşakib və Camaləddin Məhəmmədov (hər ikisi 125 kq) yer alıblar.

Qeyd edək ki, iyunun 25-30-da Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında fiziki hazırlıq prioritet təşkil edəcək.

Azvision.az



Teqlər: Güləş  





Xəbər lenti