Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır - VİDEO

   Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır -    VİDEO
  07 Fevral 2019    Oxunub:2197
Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.



Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.







Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti