Sakit okeanda gəmi yanıb

Sakit okeanda gəmi yanıb
  01 Yanvar 2019    Oxunub:3967
Yaponiyadan Havay adalarına doğru hərəkət edən avtomobil daşıyan gəmidə yanğın baş verib.
Bu barədə ABŞ sahil mühafizəsi xidməti məlumat yayıb. Bildirilib ki, Panama bayrağı altında üzən “Sincerity Ace” gəmisi Oahu adasından iki min mil (təqribən 3,5 min kilometrdən çox) məsafədə yerləşir.

Gəminin heytəi 21 dənizçidən ibarətdir. Onlardan bir qisminin ehtiyat bərəyə keçdiyi, digərlərinin yanğınla mübarizə apardığı deyilir.

ABŞ sahil mühafizəsinin HC-130 Hercules təyyarəsi və yaxınlıqdakı kommersiya gəmiləri kömək üçün göndərilib.

Azvision.az


Teqlər: Sakit   Okean   Gəmi   Yanğın  





Xəbər lenti