Bakı 2019-cu ili atəşfəşanlıqla qarşıladı - FOTOLAR
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.
Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi. Bu mənzərəni seyr etmək, Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa edirdilər.
Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, 2019-cu il! (AzərTAc)
Azvision.az