Şaxta baba və Qar qızın metro sərgüzəştləri - FOTO
Şaxta baba şeir, nəğmə hədiyyəsini alaraq Qar qızla birlikdə xurcunundan uşaqlara Yeni il sovqatları paylayıb.
Retro vaqonda səsləndirilən Yeni il ovqatlı musiqi çələnginin sədaları altında bütün yol boyu mahnı, rəqs çələngi ilə uşaqlar ilin qəhrəmanları ilə əylənib, şənləniblər.
“Gələn görüşlərədək” deyərək Şaxta baba və Qar qız yeni macəralar, sərgüzəştlər ardınca yollanıblar.
Azvision.az
Teqlər: Metro