Düşmən dekabrda atəşkəsi 826 dəfə pozub
AzVision.az -ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ay ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, iriçaplı istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu ilin yanvar ayında 3808, fevralda 3423, martda 3146, apreldə 2873, mayda 2902, iyunda 2735, iyulda 2883, avqustda 2653, sentyabrda 2703, oktyabr 914, noyabrda ayında isə 802 dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Atəşkəs Təxribat Cəbhə