Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları

Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları
  13 Dekabr 2018    Oxunub:11250
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, qrup mərhələsinin sonuncu 8 qarşılaşmasından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olub.

Beləliklə, "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Şalke" (hamısı Almaniya), "Barselona", "Real", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ, "Lion" (hər ikisi Fransa), "Porto" (Portuqaliya) və "Ayaks" (Hollandiya) ÇL-in 1/8 finalına yüksəlib.

"Napoli", "İnter" (hər ikisi İtaliya), "Qalatasaray" (Türkiyə), "Brügge" (Belçika), "Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Viktoriya" (Çexiya) və "Şaxtyor" (Donetsk, Ukrayna) isə qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UCL   ÇL   Avroliqa  





Xəbər lenti