Kolbasa alarkən diqqətli olun

Kolbasa alarkən diqqətli olun
  01 Noyabr 2013    Oxunub:1768
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Xətai rayonu, Əhmədli prospekti,2245-ci məhəllədə yerləşən fiziki şəxs Malik Ağaşirin oğlu Tahirova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkarlanıb.

Xidmətdən AzVision.az-a verilən məlumata görə, normativ-texniki sənədlərin tələblərinə əsasən, halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə «Ocaq» və «İveriya» adlı «Halal» sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilib. Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus «Best Beef» əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.

Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilib.

Araşdırma davam etdirilir.


Teqlər:





Xəbər lenti