Messinin 5 milyon dollarlıq ayağı-FOTO

Messinin 5 milyon dollarlıq ayağı-FOTO
  06 Mart 2013    Oxunub:1993
Yaponiyalı zərgər Qinza Tanaka məşhur argentinalı futbolçu Lionel Messinin ayağının qızıl təqlidini hazırlayıb.
"Barselona" klubunun oyunçusunun sol ayağı təqlidi 25 kq ağırlığında təmiz qızıldan hazırlanıb. Onun hündürlüyü 25 santimetr, eni isə 28 santimetrdir. Qızıl ayaq təqlidinin dəyəri isə 5 milyon 250 min dollar təşkil edir.

Təqlidin ictimaiyyətə təqdim edilməsi mərasimində Lionel Messi şəxsən iştirak edə bilməsə də, onun qardaşı Rodriqo Messi tədbirə qatılıb və birinci dəfədir belə bir qızıl təqlid gördüyünü etiraf edib. Qızıl ayaq satışa çıxarılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti