Hər xanıma bir gül...

Hər xanıma bir gül...
  06 Mart 2013    Oxunub:1126
Bayram tədbiri olacaq.
Martın 8-də İçərişəhər ərazisində "8 mart-Beynəlxalq Qadınlar Günü"nə həsr edilmiş "Hər xanım-bir gül" adlı bayram aksiyası keçiriləcək.
Aksiya zamanı qoruq ərazisinin 3 əsas mərkəzi giriş qapısında (Qoşa Qala, Neftçilər prospekti və "İçərişəhər" metro stansiyası) İçərişəhər ərazisinə daxil olan xanımlar bir skripkaçı və 2 pantomim aktyoru tərəfindən musiqinin müşayiəti ilə qarşılanacaq və hər xanıma bir gül təqdim ediləcək.
Tədbir saat 11:00-dən 14:00-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti