Cüdoçularımız dünya çempionatında uğurla çıxış edir

Cüdoçularımız dünya çempionatında uğurla çıxış edir
  24 Oktyabr 2013    Oxunub:1163
Oktyabrın 23-dən 27-dək Sloveniyanın Lyublyana şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçirilir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, dünya birinciliyinin ilk günündə Azərbaycanın dörd cüdoçusu çıxış edir.

55 kq çəki dərəcəsində Azərbaycanı iki atletimiz təmsil edir. Mehman Sadıxov ilk görüşdə qazaxıstanlı Jaksılık Mussurmanovu, sonra isə koreyalı Ja Yenq Çini məğlub etdi. Dörddə bir finalda fransız Vinsent Mankvestə məğlub olmuş M.Sadıxov indi təsəlliverici görüşlər keçirməlidir. Bu mərhələdə onun ilk rəqibi bolqarıstanlı Valentin Alipiyev olacaq.

Davud Məmmədov əvvəlcə Rusiya nümayəndəsi Pavel Poltorakı, sonra qazaxıstanlı Assiljan Seydualini üstələyərək dörddə bir finala çıxdı. Mehman Sadıxov kimi Davud da bu mərhələdə uduzdu: onu venesuelalı Armando Maite məğlub etdi. Lakin D.Məmmədov təsəlli döyüşlərini davam etdirmək hüququnu itirməyib. İndi onun növbəti rəqibi gürcüstanlı Leri Çelidze olacaq.

60 kq çəki dərəcəsində Oruc Vəlizadə ilk görüşdə belçikalı Adlan Kaçikayevə, sonra ekvadorlu Lenin Presiadoya qalib gəlib. Növbəti rəqibi ermənistanlı Narek Karapetyana da qalib gəlmiş Vəlizadə dörddə bir finalda monqolustanlı Byambasuren Daşiaçili üstələyərək yarımfinala çıxıb. Burada onun rəqibi koreyalı Baul An olacaq.

Digər idmançımız Rəşad Rufullayev isə ilk görüşdə polşalı rəqibi Patrik Vavrıçekə uduzub.


Teqlər:





Xəbər lenti