Qusarda keçmiş məhkum 6 evi yarıb

Qusarda keçmiş məhkum 6 evi yarıb
  29 Avqust 2018    Oxunub:2335
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart-avqust ayları ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Vüqar Salmanov və əvvəllər məhkum olunmuş Rafiq Mehrəliyev saxlanılıblar.
DİN-dən AzVision.az-a veriən xəbərə görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki daha 2 evdən ümumilikdə 2800 manat, 2900 ABŞ dolları, 2000 rubl və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti