Bərdədə evdən oğurluq edən şəxslər tutuldu

Bərdədə evdən oğurluq edən şəxslər tutuldu
  28 Avqust 2018    Oxunub:2789
Bir nəfər Bərdə rayon sakini avqustun 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pullarının oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, faktla bağlı Bərdə RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri Şöhrət Əliyev və Səbinə Cəfərova saxlanılıblar.

Araşdırmalarla onların əvvəlcədən əlbir olan bir qrup şəxs qismində zərərçəkmişə məxsus evdən 5200 manat və 300 ABŞ dolları oğurladıqları məlum olub. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti