Ağır yol qəzasında 4 nəfər yaralandı
Zərdab sakini, 1988-ci il təvəllüdlü Pirəliyev Salah Arif oğlu “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və körpünün kənarından 10 metr hündürlükdən aşıb.
Hadisə nəticəsində sürücü Salah Pirəliyev, sərnişinlər - 1976-cı il təvəllüdlü Pirəliyeva Lamiyə Bəyalı qızı, 1980-cı il təvəllüdlü Pirəliyeva Samirə Bahəddin qızı, 1986-cı il təvəllüdlü Orucova Gülyanaq Arif qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Teqlər: