Biləsuvarda ağır yol qəzası - 2 nəfər ölüb

Biləsuvarda ağır yol qəzası - 2 nəfər ölüb
  05 İyul 2018    Oxunub:3666
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “VAZ" markalı minik avtomobili və "Suzuki" markalı yük avtomobili toqquşub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədini və yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti