Gədəbəydə 10 otaqlı ev yanıb

Gədəbəydə 10 otaqlı ev yanıb
  04 İyul 2018    Oxunub:2638
Gədəbəydə yanğın hadisəsi baş verib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Alnabat kəndində ümumi sahəsi 500 m² olan üçmərtəbəli 10 otaqlı evin dam örtüyünün və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti