Bərdədə ailə faciəsi: 2 qardaş yol qəzasında ölüb

Bərdədə ailə faciəsi: 2 qardaş yol qəzasında ölüb
  04 İyul 2018    Oxunub:4139
İyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
AzVision.az DİN-in saytına istiandən xəbər verir ki, nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Bərdə   Ölüm  





Xəbər lenti