Keçmiş məhkum 1 kq heroinlə tutulub

Keçmiş məhkum 1 kq heroinlə tutulub
  22 İyun 2018    Oxunub:1068
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən çıkisi 1 kiloqram 102 qrama yaxın narkotik vasitə olan heroin götürülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlərlə saxlanılan H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elbrus Hümmətovdan 430 qram, şəhər sakini, əvvəllər məhkum olunmuş Səfər Əliyevdən isə 485 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti