İki nəhəng üz-üzə

İki nəhəng üz-üzə
  05 Mart 2013    Oxunub:1823
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürəcək
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürəcək. Keçiriləcək hər 2 matç böyük maraq kəsb edir.

Təbii ki, bunlardan Mançesterdə nəhənglərin duelini fərqləndirməliyik. Dünyanın ən güclü komandalarından olan “Mançester Yunayted”lə “Real”dan biri mübarizəni dayandırmalı olacaq. Bu görüşdə madridlilər bir qədər az şanslı görünür. Çünki komanda evdə qol buraxdığından, ilk növbədə mütləq bunun əvəzini çıxmalıdır. Bu mənada “Real” “Mançester Yunayted”i çox yaxşı tanıyan portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya böyük ümidlər bəsləyir.

“Borussiya” isə ingilislərdən daha üstün vəziyyətdədir. Çünki Dortmund klubu səfərdə daha məhsuldar heç-heçə edib. Yəni “Şaxtyor”la ev oyununda 0:0, 1:1 hesablı heç-heçə də almanların xeyrinə olacaq.



Teqlər:  





Xəbər lenti