Bakıda yanğın: 35 nəfər təxliyə edilib - (Yenilənib)

Bakıda yanğın: 35 nəfər təxliyə edilib - (Yenilənib)
  31 May 2018    Oxunub:2907
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb. Əlavə məlumat veriləcək.​

***
Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: FHN   Yanğın   Bina  





Xəbər lenti