Bakıda maşın, Sumqayıtda ev yanıb

Bakıda maşın, Sumqayıtda ev yanıb
  18 May 2018    Oxunub:1437
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti