Bakı Dairəvi yolunun bir hissəsi bağlanır

Bakı Dairəvi yolunun bir hissəsi bağlanır
  15 May 2018    Oxunub:1525
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli yayıb.

A.Nəcəfli qeyd edib ki, bu məqsədlə avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Bakı   Təmir  





Xəbər lenti