Siyəzəndə ağır yol qəzası, sərnişin ölüb

Siyəzəndə ağır yol qəzası, sərnişin ölüb
  15 May 2018    Oxunub:1893
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “TOFAŞ” markalı minik avtomobili toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişin, 1992-ci il təvəllüdlü Qəniyev Seymur Nadirşah oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: Siyəzən   Qəza  





Xəbər lenti