İşlədiyi yerdən oğurluq etdi

İşlədiyi yerdən oğurluq etdi
  14 May 2018    Oxunub:1198
Mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1448 manat pulun oğurlanması barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti