İstirahət günlərində 5 nəfər yol qəzasında ölüb

İstirahət günlərində 5 nəfər yol qəzasında ölüb
  14 May 2018    Oxunub:1230
İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şənbə günü Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.

Bazar günü isə ölkə yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Ffaktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti