Masallı və Abşeronda ev yanıb

Masallı və Abşeronda ev yanıb
  14 May 2018    Oxunub:1299
Bu gecə Masallı və Abşeron rayonlarında yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Həsənli kəndində ümumi sahəsi 204 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və dəhlizin tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunun Xırdalan şəhərində isə bir dam altında tikilmiş, ümumi sahəsi 286 m² olan birmərtəbəli 3 evin dam örtüyünün yanar konstruksiyaları və taxta atmaları 120 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti