Şəkidə 44 yaşlı kişi intihar edib

Şəkidə 44 yaşlı kişi intihar edib
  14 May 2018    Oxunub:3158
Şəkidə intihar hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1974-ci il təvəllüdlü Hümmətov Rasim Mürsəl oğlunun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağında asılı vəziyyətdə aşkar edilib.

44 yaşlı Rasim Hümmətovun hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: Şəki   İntihar  





Xəbər lenti