Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb
  14 May 2018    Oxunub:1140
Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (üst örtüyü qamışdan ibarət) yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti