Samir əmisini tutdurdu

Samir əmisini tutdurdu
  01 May 2018    Oxunub:1219
Aprelin 30-da Bərdə rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə RPŞ-yə məlumat daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti