"Ordumuz güclü ordular sırasındadır" - Ali Baş Komandan

"Ordumuz güclü ordular sırasındadır" - Ali Baş Komandan
  18 Aprel 2018    Oxunub:1436
“Son 15 il ərzində Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedib. Bəzi hallarda bizi tənqiq edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Ölkə başçısı qeyd edib ki, bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır.

"Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik və ən müasir silahlar alınır, bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir və böyük qələbəmizdir. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərir. Heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz öz torpaqlarımızı azad edəcəyik".

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti