Şabranda piyada yol qəzasında ölüb

Şabranda piyada yol qəzasında ölüb
  18 Aprel 2018    Oxunub:1164
Şabran rayonunun Sincanboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 17-də saat 1 radələrində Şabran rayonunun Sincanboyad kəndində Balakən rayon sakini Bəşir Mutuxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Uzunboyad kənd sakini Asim Cahangirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada  





Xəbər lenti