Qubada qadını qəbiristanlıqda döyərək öldürdülər

Qubada qadını qəbiristanlıqda döyərək öldürdülər
  18 Aprel 2018    Oxunub:3630
Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Quba   Qətl  





Xəbər lenti