Azərbaycanda 60 min epilepsiya xəstəsi var

Azərbaycanda 60 min epilepsiya xəstəsi var
  27 Mart 2018    Oxunub:1081
Epilepsiya dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir. Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, son 15 ildə ölkəmizdə epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. İlk növbədə, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti və s. məsələlər tədqiq edilib.

Qeyd olunub ki, ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Belə ki, xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır.

AzVision.az


Teqlər: Epilepsiya   Səhiyyə-Nazirliyi  





Xəbər lenti