Məktəblərdə yenilik
Bu açıqlamanı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə verib.
O bildirib ki, növbəti tədris ildən etibarən Azərbaycanda şagirdlərin orta məktəblərə qəbulu yeni qaydalar əsasında həyata keçiriləcək: “Növbəti ildən Təhsil Nazirliyi Azərbaycanın orta ümumtəhsil məktəblərinə şagirdlərin qəbulunu ilk növbədə yaşadığı ərazi üzrə keçirəcək, orta məktəblərə ilk növbədə məktəblərə yaxın ərazilərdə yaşayan şagirdlər qəbul ediləcək. Bunun üçün müəyyən tarix müəyyənləşdiriləcək. Yalnız müəyyən olunan həmin tarixdən sonra əgər məktəbdə boş yerlər qalarsa, digər ərazidə yaşayan şagirdlər də müvafiq orta məktəblərə cəlb olunacaq. Bununla bağlı məktəblərə müvafiq tapşırıqlar veriləcək. Bir daha qeyd edirik ki, bu qaydalar yalnız ölkənin orta məktəblərinə aiddir”./apa/
Teqlər: