DİN: Ötən gün 105 cinayət törədilib

DİN: Ötən gün 105 cinayət törədilib
  27 Fevral 2018    Oxunub:1881
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması təmin olunub. Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti