68 yaşlı qadın evdə yanaraq ölüb

68 yaşlı qadın evdə yanaraq ölüb
  27 Fevral 2018    Oxunub:1346
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə mənzildə baş vermiş yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 kvadratmetr olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti