Bakıda evdə kişi meyiti tapılıb

Bakıda evdə kişi meyiti tapılıb
  27 Fevral 2018    Oxunub:1313
Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Vitaliy Suslovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Meyit   Mənzil  





Xəbər lenti