Tut ağacını kəsdi, 2 min manat cərimələndi

Tut ağacını kəsdi, 2 min manat cərimələndi
  26 Fevral 2018    Oxunub:2227
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı diametri 20-24 sm olan 1 ədəd tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacın Qaradağ rayonu, Sahil qəsəbə sakini Kamil Paşayev tərəfindən kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

AzVision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti