Şirvanda “Odessa” Teyyub güllələnib

Şirvanda “Odessa” Teyyub güllələnib
  25 Fevral 2018    Oxunub:3123
Bu gün axşam saatlarında Şirvan şəhərində 52 yaşlı kişi güllələnib. Ayağından güllə yarası alan Şirvan şəhər sakini Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev geri dönüb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi müəyyən olunub. Faktla bağlı araşdırmalar davam edir. (Virtualaz.org)

AzVision.az


Teqlər: Şirvan  





Xəbər lenti