Bacılardan biri ölüb, biri xəstəxanaya yerləşdirilib.
Abşeron rayonu Hökməli qəsəbəsində ailəyə bədbəxtlik üz verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəsəbə sakinləri Aytən Kərimli və onun bacısı Leyla həyətdə olarkən daşdan tikilmiş hasar onların üstünə aşıb. Hadisə nəticəsində Aytən Kərimli ölüb, Leyla Kərimli isə xəstəxanaya yerləşdirilib.