Milli Məclis ilk iclasa toplanır - 15 məsələyə baxılacaq

Milli Məclis ilk iclasa toplanır - 15 məsələyə baxılacaq
  01 Fevral 2018    Oxunub:1876
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", “Dərman vasitələri haqqında”, “Terrorçuluğa qarşı mübarizə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti