Nurçular Peterburqda həbs olundu

Nurçular Peterburqda həbs olundu
  04 Mart 2013    Oxunub:1346
Sankt-Peterburqda 4 Azərbaycan vətəndaşı həbs edilib.
Sank-Peterburq Federal Təhlükəsizlik Xidməti “Nurçu”luğu yaymaqda şübhəli bilinən 10 nəfəri saxlayıb. Rusiya mətbuatının məlumatına görə, “Nurçular” dini təşkilatının Rusiyada fəaliyyəti 2008-ci ildən qadağan edilib.
İTAR-TASS agentliyinin Federal Təhlükəsizlik Xidmətinə istinadən verdiyi xəbərə görə, saxlanılanlardan beşi Rusiya, biri Türkmənistan, dördü isə Azərbaycan vətəndaşı olub. Hazırda saxlanılanlarla qarşı görüləcək tədbirlər müzakirə edilir.
Sözügedən şəxslərin evlərində aparılan axtarışlar zamanı türk və rus dillərində ədəbiyyat aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti