”Real” yenə qalib gəldi - VİDEO

”Real” yenə qalib gəldi - VİDEO
  03 Mart 2013    Oxunub:1969
Əzəli rəqiblər – “Real” və “Barselona” bu dəfə La Liqanın 26-cı turunda Madriddə qarşılaşıblar.
Bu, cari mövsümdə “Real”la “Barselona” arasında dördüncü qarşılaşma olub. Buna qədər La Liqadakı bir görüş heç-heçə yekunlaşmışdı – 2:2. İspaniya Kral kubokunda keçirilən ilk matçda da qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə “Real” səfərdə 3:1 hesabı ilə qələbə qazanmışdı. Hazırda carı mövsüm üçün üstünlük Joze Mourinyonun komandasının tərəfindədir.

Bakı vaxtı ilə saat 19.00-da start götürəcək bugünkü oyunda "Real" uğurlu seriyanı davam etdirərək “Barselona”ya yenə qalib gəlib.

Qeyd edək ki, oyunun sonlarında hakimin "Real"ın cərimə meydançasındakı qayda pozuntusunu penalti kimi qeydə almaması "Barselona"lı futbolçularln narazılığına səbəb olub. 90+4-cü dəqiqədə hakim "Barsa"nın qapıçısı Viktor Valdesə qırmızı vərəqə göstərib.

19.00. "Real" - "Barselona" - 2:1
Qollar: Benzema, 6, (1:0), Messi, 17, (1:1), Ramos, 82, (2:1)




Teqlər:  





Xəbər lenti