Dubayda 79 mərtəbəli binada yanğın olub

Dubayda 79 mərtəbəli binada yanğın olub
  04 Avqust 2017    Oxunub:949
Dubayda dünyanın ən hündür göydələnlərindən biri olan 79 mərtəbəli "Torch Tower" binasında yanğın olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 9-cu mərtəbədə başlayan yanğın yuxarı mərtəbələrə keçib.

Alovun qarşısının alınmasına 4 yanğınsöndürmə stansiyasının əməkdaşları cəlb edilib. Binada yaşayanların xəsarət alması barədə məlumat verilmir.

Oxşar yanğın hadisəsi bu binada 2015-ci ildə də baş vermişdi.

AzVision.az


Teqlər: Dubay   Yanğın  





Xəbər lenti